CLIX - TƏDRİSİN İDARƏ ETMƏ SİSTEMİ

sinam.png
 
  • CLIX sistemi yüksək nailiyyət əldə etmək üçün universitetlərin və digər müəssisələrin təlim-tədris fəaliyyətlərinin planlı surətdə həyata keçirilməsinə imkan yaradır. 

    "Gartner Magic Quadrant" reytinq siyahısında tədrisin idarə edilməsi üzrə qabaqcıl sistem kimi qeyd olunmuş CLIX sistemi tədrisin idarə edilməsinə dair bütün prosesləri dəstəkləyir. Müxtəlif tələblərə cavab verən proqram dizaynı, fərdi komponentlərin sərbəst qoşula bilməsi, konfiqurasiya parametrlərinin fərdiləşdirilə bilməsi, asan inteqrasiya, eləcə də saysız-hesabsız funksiyaların mövcudluğu CLIX sistemini əvəzolunmaz edir. CLIX sistemi vasitəsilə bütün tədris fəaliyyətlərini vahid, mərkəzi tədrisin idarə edilməsi sistemində birləşdirmək mümkündür.

    Biznes-proseslərin inteqrasiyası resurslara qənaət etmək və tədris strategiyalarının effektiv şəkildə həyata keçirilməsi üçün əsas şərtlərdən biridir. CLIX sistemi bütün tədris fəaliyyətlərini asanlıqla müəssisə ətrafında birləşdirir. Bizim missiyamız təlim və tədrisi asanlaşdırmaq, eyni zamanda ən mürəkkəb tədris ssenarilərini və inzibati prosesləri kompüterləşdirməkdən ibarətdir.

    Biz şirkətlər üçün nəzərdə tutulmuş CLIX Enterprise, universitetlər və məktəblər üçün nəzərdə tutulmuş CLIX Campus və başlanğıc səviyyəsi üçün nəzərdə tutulmuş CLIX Start proqram versiyalarını təqdim etməklə bütün ehtiyaclarınıza cavab verən tədris həllərini təklif edirik.

    CLIX sisteminin çox sayda istifadəçisi var. Bu sistem əsasən təhsil müəssisələri, orta ölçülü müəssisələr və birdən artıq ölkədə nümayəndəlikləri olan beynəlxalq səviyyəli korporasiyalar tərəfindən geniş şəkildə istifadə olunur.

    CLIX sistemi vasitəsilə aşağıdakı elementləri asanlıqla təşkil etmək imkanı əldə edəcəksiniz:

    • Təhsil müəssisələrinin idarə edilməsi;
    • Tədrisin məzmununun idarə edilməsi;
    • Tədris prosesinin idarə edilməsi;
    • Yoxlama və qiymətləndirmə;
    • Virtual sinif otaqları;
    • Səyahət və işgüzar səfərlər zamanı mobil tədris.


    Dünyanın qabaqcıl sistemlərindən biri olan CLIX sisteminin hazırda 4 milyon istifadəçisi var. Onun intuitiv görünüşü, fəaliyyəti, inteqrasiya imkanı və müxtəlif tələblərə cavab verməsi təhsil müəssisələri, orta ölçülü və iri beynəlxalq korporasiyalar tərəfindən geniş şəkildə istifadə olunmasının səbəbidir. 24/7 rejimində beynəlxalq səviyyəli texniki dəstək, geniş inteqrasiya xidmətləri və proqram təminatının mütəmadi qaydada istifadəyə verilən yeni versiyaları sistemin üstünlüklərindəndir.