ASAN İMZA

Asan İmza nədir?

 

Asan İmza (Mobil imza) e-xidmətlərə daxil olan və rəqəmsal imzalar edən zaman kimliyinizi təsdiqləmək üçün sizin mobil identifikasiyanızdır. Asan İmza (Mobil imza) bütün mövcud e-xidmətlərdən istifadəni mümkün edir.
 

Asan İmza (Mobil imza) əslində elektron mühitdə fiziki İD-karta bərabər sənəd kimi sertifikatlara bağlı olan mobil telefon SİM-kartınızdır. Asan İmza (Mobil imza) ilə siz şəxsiyyətinizi təsdiq edə və sənədlərə rəqəmsal imza ata bilərsiniz.


Ətraflı məlumat üçün: http://asanimza.az/az/