ASAN ÖDƏNİŞ SİSTEMİ

Çoxfunksiyalı “ASAN ödəniş” sistemi cərimə, kommunal xidmət, kabel televiziyası, mobil operator, internet və digər ödənişləri qısa zamanda, təhlükəsiz və rahat şəkildə həyata keçirmək imkanı yaradır.
 

Respublika daxilində geniş ərazini əhatə edən “ASAN Ödəniş” terminalları, həmçinin www.asanpay.az portalı və “ASAN Pay” mobil əlavəsi vasitəsilə istənilən xidmət üzrə heç bir məhdudiyyəti olmadan 24/7 ödəniş etmək mümkündür.
 

“ASAN Ödəniş” istifadəçiləri:

Tətbiq olunduğu qısa müddət ərzində geniş istifadəçi auditoriyasını əhatə etmiş və öyük istifadəçi kütləsi qeydiyyatdan keçmişdir.

 

“ASAN Ödəniş” sisteminin üstünlükləri:
 

  • Tam təhlükəsiz ödəniş etmək imkanı;
  • Qeydiyyatdan keçmədən ödəniş etmə imkanı;
  • Heç bir komissiya tutulmadan bank kartl vasitəsilə ödəniş etmək imkanı
  • İstifadəsi rahat olan portal və terminallar
  • 24/7 ödəniş qəbulu
  • Respublika daxilində geniş ərazini əhatə edən terminallar.