Azərbaycanın onlayn ödəmələr bazarında ən böyük şirkət olan GoldenPay ASC 2007-ci ilin iyul ayında yaranmışdır. Şirkət “Visa International” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən lazımi onlayn təhlukəsizlik sertifikatlarına sahib olan kimi ölkədə bank kartları vasitəsi ilə internet vasitəsi ilə ödənişlərin qəbulunu təşkil etmişdir. Azərbaycanda qeydiyyatdan keçmiş istənilən vergi ödəyicisi satdığı məhsul və xidmətlərə görə ödənişləri öz saytı və ya mobil tətbiqi vasitəsi GoldenPay üzərindən qəbul edə bilir. 2018-ci ildən GoldenPay şirkətlərə yeni ödəniş metodu təqdim etməyə başlamışdır. Artıq şirkətlər bank kartlarından başqa həm də Azərbaycandakı mobil operatorların balansından da ödənişləri qəbul edə biləcəklər.

GoldenPay-in digər ən önəmli məhsulu Hesab.az rəqəmsal xidmətlər platformasıdır. Bu platforma vasitəsi ilə istifadəçilər bir çox xidmət və məhsulları veb və ya mobil tətbiqdə istifadə etməklə internet üzərindən əldə edirlər. Bugün bu ekosistemdə ödənişlər kart və pul cüzdanı vasitəsi ilə aparılsa da tezliklə bura mobil balansdan da ödənişlərin edilməsi nəzərdə tutulmuşdur. Hesab.az platformasında kommunal, rabitə, bank kreditlərinin ödənişləri, sığorta məhsullarının satışı, biletlərin bron edilməsi kimi xidmətlər mövcuddur və bu xidmətlər günü gündən artır. Məqsəd bu platforma üzərindən gələcəkdə tamami ilə rəqəmsal bank xidmətlərini də verməkdir. Bu platformanın eynisi tezliklə Bosniya və Herseqovinada tətbiq edilmək üzrədir və digər ölkələrdə də tətbiqi nəzərdə tutulmuşdur.

 
Fərİd İsmayılzadə
Müşahidə şurasının üzvü