AZİNNEX İdarə Heyətinin üzvləri Şimali Makedoniyanın naziri ilə görüşlər keçirdi

29.06.2022
  • Tags:
AZİNNEX İdarə Heyətinin üzvləri Şimali Makedoniyanın naziri ilə görüşlər keçirdi
AZİNNEX İdarə Heyətinin üzvləri Şimali Makedoniyanın naziri ilə görüşlər keçirdi

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun (AZİNNEX) İdarə Heyətinin üzvləri Yana Krimpe (Best Solutions) və Elçin Əliyev (SINAM) Şimali Makedoniyanın informasiya cəmiyyəi və inzibatçılığı naziri Admirim Aliti ilə görüşlər keçirmişdir. Görüşdə cənab nazir Azərbaycanda müxtəlif sahələrdə tətbiq olunan texnoloji həllərlə maraqlanmışdır.

Y.Krimpe Best Solutions şirkətinin müxtəlif həlləri, o cümlədən Asan İmza haqqında qonağı məlumatlandırmışdır. O, həmçinin şirkətin iştirak etdiyi Digital Trade Hub of Azerbaijan təşəbbüsü haqqında məlumat vermişdir.

E.Əliyev SINAM şirkətinin rəqəmsal hökumət üçün hazırladığı həllər haqqında geniş məlumat vermişdir. O, həmçinin şirkətin “dövlət özəl tərəfdaşlığı” modeli ilə reallaşdırdığı layihələrə xüsusi toxunaraq, bu model üzrə reallaşan ASAN Visa, e-Signatury, eBiletim birgə layihələrini qeyd etmişdir.. E.Əliyev  SINAM şirkəti tərəfindən Əfqanıstan, İraq və Qırğızıstan kimi öıkələrdə rəqəmsal transformasiya layihələri haqqında da məlumat vermişdir.