Uqanda Azərbaycan innovasiyalarına maraq göstərir

21.06.2022
  • Tags:
Uqanda Azərbaycan innovasiyalarına maraq göstərir
Uqanda Azərbaycan innovasiyalarına maraq göstərir
Uqanda Azərbaycan innovasiyalarına maraq göstərir

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun üzvləri Uqandanin informasiya texnoloyigaları üzrə nümayəndə heyəti ilə görüş keçirmişdir. AZINNEX-i görüşlərdə SINAM, Best Solutions və İdrak Technology Transfer şirkətləri təmsil etmişdir.
Görüşlərdə Azərbaycan şirkətləri uğurla tətbiq etdikləri həllər haqqında Uqanda təmsilçilərini məlumatlandırmışlar. SİNAM şirkətinin Azərbaycanda təmsil etdiyi ASAN Visa elektron viza sistemi Afrikadan olan qonaqların xüsusi diqqətini cəlb etmişdir.

Nümayəndə heyəti həmçinin İdrak Technology Transfer şirkətinin istehsalat meydançasını ziyarət etmiş və şirkətin innovativ məhsulları ilə yaxından tanış olmuşlar.