XƏBƏRLƏR

AZPROMO İLƏ AZİNNEX ARASINDA ƏMƏKDAŞLIQ GÖRÜŞÜ KEÇİRİLMİŞDİR

25 may 2018-ci il tarixində Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) arasında strateji əməkdaşlıq məqsədilə geniştərkibli görüş keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyində (ASAN Xidmət) keçirilən görüşdə AZINNEX barədə AZPROMO rəhbərliyinə ətraflı məlumat verilmiş, Azərbaycanın ən aparıcı İKT şirkətləri olan üzv şirkətlərin böyük ixrac potensialının olduğu bildirilmişdir.
Daha sonra, AZPROMO rəhbərliyi AZINNEX üzvlərinin ixracını təşviq edə bilmək üçün mümkün olan dəstək alətləri barədə ətraflı məlumat vermişdir. AZPROMO-nun ixracın təşviqi üzrə dəstək alətlərinin 2018-ci ildən etibarən İKT xidmətlərinin ixracına da tətbiq olunmasının AZINNEX üzvləri üçün xoş xəbər olduğu bildirilmişdir. Bundan sonra AZINNEX-in innovativ həllərinin hazırlanması üçün çəkilən tədqiqat və inkişaf, sərgi və yarmarkalarda iştirak, eləcə də bazar araşdırmaları xərclərinin qanunvericiliyə uyğun olaraq dəstəklənməsi üçün kriteriyalar və digər xüsusi məqamlara aid məsələlər qarşılıqlı müzakirə edilmiş, üzv şirkətlərin sualları cavablandırılmışdır.
Görüş AZPROMO və AZINNEX arasında uzunmüddətli və səmərəli əməkdaşlıq üçün növbəti addımların müəyyənləşdirilməsi ilə yekunlaşmışdır.

25 May 2018

AZPROMO İlə AZİNNEX arasında əməkdaşlıq görüşü keçİrİlmİşdİr