XƏBƏRLƏR

AZINNEX NÜMAYƏNDƏSI KAZAXSTANDA İNNOVASIYA VƏ RƏQƏMSALLAŞMA ÜZRƏ BEYNƏLXALQ FORUMDA IŞTIRAK ETMIŞDIR

AZİNNEX nümayəndəsi Rəsul Əfəndiyev Qərbi-Qazaxstan vilayətinin mərkəzi Uralsk şəhərində İnvestisiya, İnnovasiya və Rəqəmsallaşma üzrə beynəlxalq Forumda (Digital İnWest) iştirak etmişdir. Tədbir Qərbi-Qazaxstan vilayətinin Administrasiyası tərəfindən dəstəklənirdi. Forumun keçirilməsində əsas məqsəd xarici ölkələrin qabaqcıl rəqəmsal texnologiyalarının Qərbi-Oazaxtstan vilayətində tətbiqi ilə bağlı potensialın öyrənilməsi idi.

Qərbi-Qazaxstan vilayətinin başçısından əlavə forumda Azərbaycanın Qazaxstan Respublikasındakı səfiri, Asiya Bankının Qazaxstandakı nümayəndəsi, Latviya səfirliyinin nümayəndəsi, Astana HUB-ın direktor müavini, Alman-Qazaxstan müştərək kənd təsərrüfatı layihəsinin başçısı, KAZAKHİNVEST şirkətinin rəhbəri, KazakhTelecom şirkətinin regional müdiri, İT Assosiation West Kazakhstan şirkətinin rəhbəri və digər qonaqlar iştirak etmişlər.

Forumun açılış mərasimini edən Qərbi-Qazaxstan vilayətinin akimi Qani İskaliyev vilayətin imkanları barədə söz salmışdı. Azərbaycanın Qazaxstandakı səfiri Rəşad Məmmədov ASAN xidmət modeli haqda iştirakçılar qarşısında geniş məruzə etmiş, xidmətin yaratdığı imkanları iştirakçılara bildirmişdi. Digər iştirakçıların çıxışları da maraqla qarşılanmış və diqqətlə dinlənilmişdir.

Forum çərçivəsində plenar sessiyalar keçirilmişdir. AZİNNEX-in iştirak etdiyi sessiya “İnnovasiyaların tətbiqi və rəqəmsal texnologiyalar” mövzusuna həsr olunmuşdu. Konsorsiumun təmsilçisi Rəsul Əfəndiyev plenar sessiyada AZİNNEX məhsulları üzrə təqdimat etmişdir. Təqdimat konsorsiumun fəaliyyəti ətrafında qurulmuş və bunun əsasında məruzə edilmişdir. Verilmiş məlumat və edilmiş təqdimat iştirakçılar arasında maraqla qarşılanmış, çox saylı suallara cavab verilmişdir.

Forumun işgüzar meydançalarında AZİNNEX konsorsiumunun təmsilçisi faydalı görüşlər keçirmiş, potensial işguzar tərəfdaşlarla faydalı danışıqlar aparılmışdır.

17 Sep 2019

AZINNEX nümayəndəsi Kazaxstanda İnnovasiya və Rəqəmsallaşma üzrə beynəlxalq Forumda iştirak etmişdir