XƏBƏRLƏR

AZİNNEX-İN MÜŞAHİDƏ ŞURASININ NÖVBƏTİ İCLASI KEÇİRİLMİŞDİR

Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu (AZINNEX) Müşahidə Şurasının növbəti aylıq iclası keçirilmişdir. İclasda AZINNEX-in üzvü olan Azərbaycanın 10 ən aparıcı İKT şirkətlərinin rəhbərlərinə aprel ayı üzrə fəaliyyət hesabatı təqdim edilmiş, ay ərzində xarici ölkə nümayəndələri ilə keçirilən görüşlər barədə məlumat verilmişdir.

İclasda AZINNEX-in Özbəkistan bazarında fəaliyyətə başlamasına dair mühüm qərarlar qəbul olunmuşdur. Belə ki, adıçəkilən ölkə üzrə menecerinin may ayından etibarən Özbəkistanda aktiv fəaliyyətə başlaması təklifi yekdilliklə qəbul edilmişdir. Bundan əlavə, növbəti hədəf ölkələr üzrə strateji addımlar müzakirə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi tərəfindən “ASAN Xidmət” modelinin xarici ölkələrə ixracı və bu çərçivədə AZINNEX-in üzv şirkətlərinin təklif etdikləri məhsul və xidmətlərin həmin hədəf ölkələrdə potensial ixrac imkanları müsbət qiymətləndirilmişdir.

Eyni zamanda, AZINNEX üzvlərinin  Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə birgə əməkdaşlıq imkanlarından istifadə edilməsi müsbət qiymətləndirilmiş, AZPROMO-nun təklif etdiyi ixracın stimullaşdırılması üzrə alətlərdən istifadə imkanları müzakirə edilmişdir.

Aylıq iclasın əsas müzakirə mövzusu kimi isə Azərbaycanda innovasiyaların inkişafı və bu istiqamətdə fəaliyyət göstərən innovativ şirkətlərin stimullaşdırıcı alətlərin tətbiqinə dair təkliflərin hazırlanması olmuşdur. Müzakirələrdə müvafiq siyasət sənədinin hazırlanaraq aidiyyatı üzrə təqdim edilməsi qərara alınmışdır.

İclas növbəti aylarda görülməsi planlaşdırılan işlər üzrə tapşırıqların verilməsi ilə yekunlaşdırılmışdır.

03 May 2018

AZİNNEX-İn Müşahİdə Şurasının növbətİ İclası keçİrİlmİşdİr