XƏBƏRLƏR

AZINNEX-IN BIRILLIK FƏALIYYƏTINƏ HƏSR OLUNMUŞ HESABAT TƏDBIRI KEÇIRILIB

Noyabrın 22-də “Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumu” İctimai Birliyinin (AZINNEX) birillik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib.

Dövlət qurumlarının, diplomatik korpusun, beynəlxalq təşkilatların nümayəndələrinin, şirkət rəhbərlərinin iştirak etdikləri tədbirdə əvvəlcə konsorsium tərəfindən görülmüş işlərə, yerli və beynəlxalq istiqamətdə həyata keçirilmiş əməkdaşlığa dair məlumat verilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev bildirib ki, agentliyin təşəbbüsü ilə yaradılmış AZINNEX beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşması, intellektual, innovativ və rəqabətqabiliyyətli potensialın formalaşdırılması istiqamətində fəaliyyət göstərir. AZINNEX Azərbaycan brendi olan “ASAN xidmət” modelinin intellektual məhsul kimi digər ölkələrə ixrac olunmasında birbaşa iştirak edir. “ASAN xidmət” modeli ilə yanaşı, AZINNEX, həmçinin yerli şirkətlərə məxsus müxtəlif İT məhsul və xidmətləri ixrac etmək üçün bir platformadır.

Sonra çıxış edən Azərbaycan Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev, Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) rəis müavini Aliya Ağazadə, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) prezidenti vəzifəsini icra edən Yusif Abdullayev yerli İT məhsullarının dünya bazarına çıxarılmasını, bu istiqamətdə görülən işləri, AZINNEX-in fəaliyyətini yüksək qiymətləndiriblər.

AZINNEX-in Müşahidə Şurasının sədri Yana Krimpe konsorsiumun informasiya-kommunikasiya texnologiyaları sahəsində fəaliyyət göstərən şirkətləri bir araya toplayaraq onların mənafelərini qoruduğunu və beynəlxalq bazarda təmsil olunduğunu, İT məhsullarının satışını həyata keçirdiyini diqqətə çatdırıb. Sədr İT sahəsində əldə olunan uğurlarda dövlət dəstəyinin rolunu vurğulayıb. O, həmçinin AZINNEX-in fəaliyyəti çərçivəsində beynəlxalq əlaqələrin qurulması və qlobal bazarın araşdırılması istiqamətində müxtəlif qitələrdən olan ölkələrin yüksəkvəzifəli şəxsləri ilə görüşlər keçirildiyini, Azərbaycanın innovativ məhsullarının təqdim edildiyini, əməkdaşlıq istiqamətlərinin müzakirə olunduğunu bildirib.

Müşahidə Şurasının üzvü, “SİNAM” Məhdud Məsuliyyətli Cəmiyyətinin prezidenti Elçin Əliyev konsorsiumun fəaliyyətini əks etdirən təqdimatla çıxış edib.

Sonra AZINNEX ilə Sahibkarlar Təşkilatları Milli Konfederasiyası, ADA Universiteti və Azərbaycanda Amerika Ticarət Palatası (AmCham) arasında anlaşma memorandumları imzalanıb.

Tədbirin sonunda konsorsium tərəfdaşları mükafatlandırılıb və üzvlərə sertifikatlar təqdim olunub.

23 Nov 2018

AZINNEX-in birillik fəaliyyətinə həsr olunmuş hesabat tədbiri keçirilib