XƏBƏRLƏR

AZƏRBAYCAN İNNOVASIYALARIN İXRACI KONSORSIUMUNUN NÜMAYƏNDƏSI ÇIN XALQ RESPUBLIKASINDA SƏFƏRDƏ OLUB

1-21 avqust 2019-ci il tarixlərində Azərbaycan İnnovasiyaların İxraci Konsorsiumunun (AZİNNEX) nümayəndəsi Kamilə Babayeva Çin Xalq Respublikasında səfərdə olmuşdur.

Səfərin məqsədi Çin Xalq Respublikasının Fujou şəhərində “Gənclərin liderliyi” mövzusunda təşkil olunmuş seminarda iştirak idi. Bu səfər Çin Xalq Respublikasının Ticarət Nazirliyinin dəvəti ilə həyata keçirilmişdir.

Seminara çoxsaylı yerli iştirakçılarla birlikdə Azərbaycan, İndoneziya, Banqladeş, Nigeriya və digər ölkələrin dövlət rəsmiləri qatılmışlar.

Seminar çərçivəsində innovasiyalar mövzusunda müxtəlif görüşlər və sərgilər təşkil olunmuşdur. Həmin görüşlərdə AZİNNEX konsorsiumunun nümayəndəsi Kamilə Babayeva seminar iştirakçılarına AZİNNEX və Azərbaycanın Milli İnnovasiyaların ixrac potensialı haqda geniş məlumat vermiş, iştirakçıların verdiyi sualları cavablandırmışdır.  

Bundan əlavə, görüşlərdə tərəflər arasında əməkdaşlıq perspektivlərinə dair fikir mübadiləsi aparılmışdır.

27 Aug 2019

Azərbaycan İnnovasiyaların İxraci Konsorsiumunun nümayəndəsi Çin Xalq Respublikasında səfərdə olub