R.I.S.K.




 

1993-cü ildə əsası qoyulmuş R.I.S.K. şirkəti Mərkəzi Asiya və Qafqazın informasiya texnologiyaları bazarında fəaliyyət göstərən aparıcı IT şirkətidir. R.I.S.K. Şirkəti IT Konsaltinq, Sistem Inteqrasiyası, IT Autsorsinq, Proqram Təminatı və Tətbiqi Proqramların yazılması və Coğrafi Informasiya Sistemləri üzrə həllər təklif edir.  R.I.S.K. Şirkəti regionda telekom, neft və qaz, hökumət və hüquq mühafizə orqanları, bank və maliyyə, həmçinin nəqliyyat sektorlarında müştərilərə xidmət göstərmək üçün geniş spektr innovativ həllər təklif edən şirkətə çevrilmişdir.

R.I.S.K. informasiya texnologiyaları sənayesində IBM, Dell, Cisco Systems, EMC, Avaya, Oracle, Microsoft, Emerson kimi dünya miqyaslı IKT istehsalçılarının rəsmi partnyorudur. R.I.S.K. Şirkəti ISO9001:2008 beynəlxalq keyfiyyət standartına uyğun olaraq fəaliyyət göstərir. R.I.S.K. şirkəti regional miqyasli şirkət olmaqla bərabər öz fəaliyyət coğrafiyasını müntəzəm olaraq genişləndirir, Şirkət 20-dən çox ölkədə qeydiyyatdan keçmiş ofisləri olan fəal olaraq satışlarını həyata keçirir.

https://risk.az/

Cabir Cümşüdov
Müşahidə şurasının üzvü